Вернуться назад Распечатать

Səfir Türkiyə XİN-ə çağırıldı - Gəminin vurulmasına görə

Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə vurulan Türkiyə gəmisinə və onu çəkmək üçün göndərilən digər qoşqu gəmiyə hücumla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

1xeber.media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, avqustun 26-da Türkiyə şirkətinə məxsus gəmi Qara dənizdə Tuapse sahillərində vurulub. Avqustun 27-də həmin gəmiyə yardım üçün göndərilən digər gəmi də hədəfə alınıb.

“Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı etirazı Ukrayna tərəfinə çatdırılıb. Qara dənizdə can və mal təhlükəsizliyinin, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu ilə bağlı lazımi xəbərdarlıqlar edilib”, - deyə Türkiyə XİN-dəki mənbə qeyd edib.