Çeçenistan lideri Ramzan Kadırov dekabrın 26-da Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Həmzət Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
1xeber.media Publika-az-a istinadla xəbər verir ki, Həmzət Kadırov dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı.
Onun təltif edilməsi Ukrayna PUA-larının vurulmasına görədir.
AZAL-ın təyyarəsi də məhz Çeçenistandakı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Artıq bununla bağlı faktlar hökumətdəki mənbələr tərəfindən də təsdiq edilib və Azərbaycan Rusiyanın üzr istəməsini, cinayətkarların cəzalandırılmasını gözləyir.