Вернуться назад Распечатать

Rusiya Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdi

Rusiya Silahlı Qüvvələri Sumi vilayətində Velikiy Prikol və Sadki yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Nazirlik ilk dəfə Ukraynada davam edən müharibə zonasında Kanada istehsalı olan “Titan-S” zirehli avtomobilinin məhv edildiyini açıqlayıb. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin sutka ərzində Ukraynanın “Flaminqo” raketlərinin buraxılış mövqeyinə, yanacaq-energetika infrastrukturu obyektlərinə və logistika mərkəzlərinə zərbələr endirdiyi bildirilib.

Gecə saatlarında Kiyevdə asbest-sement məmulatları kombinatına zərbə endirilib.