Вернуться назад Распечатать

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

1xeber.media xəbər verir ki, İranın Ali Lideri Möctəba Xamenei müsəlman ölkələrini birlik və əməkdaşlığa çağırıb.

O, xüsusilə Qərbi Asiya və Körfəz ölkələrinin liderlərinə müraciət edərək müsəlman dünyasının qarşısında duran problemlərin həlli üçün birlik, dostluq və əməkdaşlığın vacibliyini vurğulayıb.

Xamenei müsəlman ölkələrini ortaq düşmən kimi təqdim etdiyi ABŞ və İsrailə qarşı birləşməyə və onların planlarına qarşı çıxmağa çağırıb.