Вернуться назад Распечатать

Bu ölkə Avropa Birliyindən imtina etdi

İslandiyalılar AB ilə üzvlük danışıqlarının bərpasının əleyhinə səs veriblər.

1xeber.media xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Referendumun ilkin nəticələrinə görə, seçicilərin 52,5% AB ilə danışıqlara qayıtmağa qarşı çıxıb, 47,5% isə təşəbbüsü dəstəkləyib.

Bildirilib ki, paytaxt Reykyavikdə əksəriyyət "bəli" səsini versə də, kənd yerlərinin rədd cavabı həlledici olub.