Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstan Respublikasına gedib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
O, Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin ŞƏT+ formatında görüşündə və onun çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində Nikol Paşinyan xarici həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.