Rusiya prezidenti Vladimir Putin bu gün Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın Aİ-yə qoşulmaq niyyəti ilə bağlı Moskvanın mövqeyini bir daha təqdim edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Yüksək səviyyəli təmas həmişə vacibdir. Prezident, şübhəsiz ki, bu görüşdən mübahisələrimizi yenidən davam etdirmək üçün istifadə edəcək. Amma biz ermənilərdən daha çox erməni ola bilmərik. Və təbii ki, onların taleyini həll edəcək olan ermənilərin özləridir. Və biz onlara məhz bunu təklif edirik - referendum keçirmək", - deyə Peskov bildirib.
O xatırladıb ki, digər AİB ölkələrinin liderləri də Astanada keçirilən son sammitdə müvafiq bəyanat qəbul edərək müvafiq mövqe tutublar.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq Bişkekə yola düşüb.