Çin, Rusiya, Hindistan, Türkiyə və digər nəhəng dövlətlərin rəhbərləri regional təhlükəsizlik və dayanıqlı inkişaf naminə qlobal çağırışları müzakirə edir.
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən ali səviyyəli sammiti və genişləndirilmiş "ŞƏT+" iclası qlobal diplomatik mərkəzə çevrilib. Qırğızıstan Prezidenti Sadır Japarovun sədrliyi ilə keçirilən tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş ilə yanaşı,digər ölkələrin dövlət başçıları iştirak edirlər.
Liderlərin müzakirə masasında beynəlxalq hüququn aliliyi, BMT-nin əlaqələndirici rolunun gücləndirilməsi və regional münaqişələrin həlli yolları dayanıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər qlobal elitada fəal şəkildə iştirak etməsi ölkəmizin çoxtərəfli diplomatiyada artan strateji nüfuzunun növbəti göstəricisi kimi qiymətləndirilir.