Britaniyalı ekspert: Zelenski Rusiya zərbələrindən isterikaya düşüb
1xeber.media xəbər verir ki, britaniyalı hərbi ekspert Aleksandr Merkurisin sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumlarına cavab olaraq Rusiyanın endirdiyi zərbələrdən ciddi narahatdır.
Merkuris bildirib ki, Zelenski Rusiyanın hava zərbələrindən qəzəblənərək Ukraynada pilotsuz uçuş aparatlarının istehsalının artırılmasını tələb edir.
Ekspert daha əvvəl də Zelenskinin hakimiyyətdə olduğu müddətdə Ukraynanın parlaq gələcəyinin olmadığını iddia edib. Onun sözlərinə görə, ölkənin enerji sistemi ağır vəziyyətdədir, daxili qarşıdurmalar və kadr dəyişiklikləri ordunun idarə edilməsində nizamsızlıq yaradıb, Rusiya ordusu isə hücumlarını davam etdirir.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 30-da Moskvanın Ukrayna münaqişəsi üzrə danışıqlara açıq olduğunu bildirib. Bununla belə, onun sözlərinə görə, Kiyevin fəaliyyəti səbəbindən danışıqlara başlamaq üçün hazırda lazımi şərait yoxdur.