Вернуться назад Распечатать

Sağ qalan bələdçi DANIŞDI: Qəza ilə bağlı bu məlumat yalandır!

Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır.

1xeber.media  xəbər verir ki, bunu APAya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.

O qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.

"Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır", deyə o bildirib.

Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.

Qeyd edək ki, AZAL-ın qəzaya uğramış təyyarəsinin salonunda qaz balonunun partlaması barədə Rusiya və digər ölkələrin informasiya resurslarında versiyalar səsləndirilir.