Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi keçirilir.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, mərasim “Yrys Ordo” Konqres Mərkəzində baş tutur.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov sammit iştirakçılarını qarşılayır.