Вернуться назад Распечатать

Bircə Çin prezidenti Dünya Köçəri Oyunlarında yox idi - SƏBƏB

Çin Xalq Respublikasının sədri Si Cinpinin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində Bişkekdə keçirilən Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməməsinin səbəbi açıqlanıb. 

1xeber.media xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alakozov məlumat verib. 

"Qırğızıstana dövlət səfəri çərçivəsində Prezident Si Cinpinin ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə, o cümlədən Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməsi planlaşdırılırdı. Lakin Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətində baş verən və insan tələfatı və itkin düşmə ilə nəticələnən təbii fəlakət səbəbindən Çin Xalq Respublikasının Sədri Si Cinpin Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovdan Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməməyi xahiş etdi”, - deyə Askat Alakozov "Facebook"da yazıb.

Avqustun 26-da Nepal və Çinin Tibet sərhədindəki Trişuli vadisində torpaq sürüşməsi və sel baş verib. Nepalda 4500 nəfərin itkin düşdüyü bildirilir. Daşqınların baş verdiyi Çində isə təxminən 500 nəfər itkin düşüb. 

Nepal və Çində ölənlərin sayı 919 nəfərə çatıb.