Вернуться назад Распечатать

Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Camal Qardaşov vəzifədən azad olunub.

1xeber.media  Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov Əmr imzalayıb.

C.Qardaşovun öz ərizəsi əsasında tutduğu vəzifədən azad edildiyi bildirilir.

Qeyd edək ki, Camal Qardaşov TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun yaxın qohumudur.