Вернуться назад Распечатать

Əliyev Bişkekdə BMT-ni tənqid etdi: “Qətnamələrin icrasında heç bir rol oynamadı”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib.

1xeber.media xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 il sonra - üç il əvvəl icra olundu. Lakin, təəssüf ki, BMT bu qətnamələrin həyata keçirilməsində heç bir rol oynamadı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə tam bərpa etdi", - dövlət başçısı bildirib.

İlham Əliyev BMT Təhlükəsizlik Şurası qətnamələrinin qısa müddətdə icrasını təmin edəcək müvafiq mexanizmlərin işlənib hazırlanmasının zəruriliyini vurğulayıb.

"Əgər həyata keçirilərsə, BMT-nin nüfuzu yüksələcək və Təşkilatın münaqişələrin nizamlanmasında rolu güclənəcək", - Azərbaycan Prezidenti qeyd edib.