Rusiya Prezidenti Vladimir Putin BMT-nin imkanlarının hələ tam reallaşdırılmadığını bildirib.
1xeber.media xəbər verir ki, Putin bunu Bişkekdə keçirilən “ŞƏT plyus” formatında görüş zamanı deyib.
Onun sözlərinə görə, BMT dialoq, diplomatiya və əməkdaşlıq üçün unikal platformadır, lakin təşkilatın potensialından tam istifadə olunmur.
Putin BMT-nin fəaliyyətinin səmərəliliyinin artırılmasının, o cümlədən Təhlükəsizlik Şurasında Qlobal Cənub və Şərq ölkələrinin təmsilçiliyinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Rusiya lideri həmçinin BMT-nin maraqların uzlaşdırılması üzrə əsas mexanizm olaraq qalmalı olduğunu və ayrı-ayrı ölkə və ya ölkələr qrupunun maraqlarının irəli sürülməsinə yol verilməməli olduğunu bildirib.
Putin dünyada ədalətli çoxqütblü nizamın formalaşması prosesinin dönməz xarakter daşıdığını qeyd edib.