BMT-nin baş katibi Antonio Quterreş Ukraynada tam və dərhal atəşkəs elan edilməsinə çağırıb.
1xeber.media xəbər verir ki, Quterreş bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində çıxış edib.
“Dörd ildən artıq müddətdən sonra Ukraynada tam və dərhal atəşkəsin vaxtı çatıb”, – deyə BMT rəhbəri bildirib.
Quterreşin sözlərinə görə, atəşkəs beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə uyğun ədalətli, davamlı və hərtərəfli sülh barədə danışıqlara yol aça bilər.