Вернуться назад Распечатать

“Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir”

“Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı”.

1xeber.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, həmin tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırdı.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərindən də danışıb: “Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular”.

Dövlət başçısı əlavə edib ki, beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.