Tanınmış aparıcı Nurlan Valehoğluna yeni vəzifə verilib.
1xeber.media xəbər verir ki, şərhçi bu barədə sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, bu gündən etibarən Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat katibi vəzifəsində fəaliyyət göstərəcək.
N.Valehoğlu qeyd edib ki, "CBC Sport"dakı fəaliyyətini əvvəlki kimi (menecer, şərhçi-aparıcı) davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevdir.