Rusiya Prezidenti Vladimir Putin İran və ABŞ arasında əldə olunan atəşkəsin kövrək olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Putin İran Prezidenti Məsud Pezeşkianla görüşündə Moskvanın iyun ayında İran və ABŞ arasında atəşkəs memorandumunun imzalanmasını alqışladığını, lakin razılaşmanın dayanıqlı olmadığını deyib.
Putin bildirib ki, Rusiya bu çətin dövrdə İrana lazımi dəstəyi göstərməyə çalışır.
İran Prezidenti Məsud Pezeşkian isə Tehranın memorandumun şərtlərinə əməl etməyə hazır olduğunu, lakin bunun üçün ABŞ-ın da razılaşmaya riayət etməli olduğunu vurğulayıb.