Вернуться назад Распечатать

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qırğızıstandan Pakistana keçib.

1xeber.media xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev jurnalistlərə açıqlamasında deyib. 

"Bu gün Pakistan İslam Respublikası ŞƏT-ə sədrliyi öz üzərinə götürür. Pakistanlı həmkarlarımızı təbrik edir və onlara uğurlu sədrlik arzulayırıq. Qırğızıstan Respublikası lazımi köməyi göstərməyə, digər üzv dövlətlərlə davamlılığı və uyğunluğu təmin etməyə və Bişkekdə qəbul edilmiş qərarların icrasına davam etməyə hazırdır", - nazir Bişkekdə keçirilən ŞƏT və ŞƏT+ sammitlərindən sonra bildirib.