Вернуться назад Распечатать

Aİ-dən Ukraynaya hava hücumundan müdafiə ilə bağlı açıqlama

Ukrayna Avropa İttifaqının müdafiə nazirlərinin İrlandiyada keçiriləcək görüşündən yeni hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü ilə bağlı konkret nəticələr gözləməməlidir.

1xeber.media xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, görüş qeyri-rəsmi xarakter daşıyır və bu səbəbdən toplantıda konkret qərarlar qəbul edilməyəcək.

Sentyabrın 1-də İrlandiyada keçirilən görüşdə Aİ və Ukraynanın müdafiə sənayesi arasında əməkdaşlıq, Kiyevə ayrılması nəzərdə tutulan Avropa krediti və Avropa Sülh Fondundan istifadənin davam etdirilməsi məsələləri müzakirə olunur. Danışıqlarda Ukrayna və NATO nümayəndələri də iştirak edir.

Qeyd edək ki, daha əvvəl Norveçin Ukraynaya ötürülməsi üçün İspaniya və Yunanıstandan “Patriot” komplekslərinə aid raketlər ala biləcəyi bildirilmişdi. NATO və Aİ-nin Madrid və Afinaya əlavə HHM vasitələri tapılması üçün təzyiq göstərdiyi qeyd olunub.