Вернуться назад Распечатать

"Əminəm ki, qalib gələcəyik" - Pezeşkian

"Əminəm ki, biz qalib gələcəyik".

1xeber.media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib. 

"Biz burada təkqütblülüyün özünə qarşı mübarizə aparmaq üçünük. Biz bu təkqütblülükdən çıxmaq istəyirik. Əminəm ki, qalib gələcəyik", - Pezeşkian qeyd edib.