Böyük Britaniyadan olan professor Devid Leyn Avropada Rusiya ilə danışıqlara münasibətdə fikir ayrılıqlarının artdığını bildirib.
1xeber.media xəbər verir ki, Kembric Universitetinin fəxri professorunun sözlərinə görə, İtaliya, İspaniya, Yunanıstan və Portuqaliya Rusiya ilə münasibətlərin bərpasına daha meyllidir.
Professor qeyd edib ki, Estoniya, Latviya və Litva isə Avropa İttifaqının siyasətinin formalaşmasına ciddi təsir göstərir. Onun fikrincə, Baltikyanı ölkələrin mövqeyi Rusiya ilə dialoqa yönəlmiş daha praqmatik qüvvələrin önə çıxmasına mane olur.
Leynin sözləri Avropada Moskva ilə gələcək münasibətlər və mümkün danışıqlar ətrafında fikir ayrılıqlarının dərinləşdiyi bir vaxtda səslənib.