Вернуться назад Распечатать

Almaniyada Rusiyaya qarşı tədbirlərə etiraz

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Krupalla Rusiyaya qarşı irəli sürülən ittihamları tənqid edib.

1xeber.media xəbər verir ki, Krupalla Almaniyanın “Şimal axını” qaz kəmərlərindəki diversiyalarla bağlı ittihamları Rusiyaya deyil, Kiyevə yönəltməli olduğunu bildirib.

O qeyd edib ki, Almaniya hər hadisədə Rusiyanı günahlandırmaq əvəzinə, “Şimal axını” partlayışları ilə bağlı Ukraynaya suallar ünvanlamalıdır.

Krupalla Almaniyada Rusiyaya qarşı ritorikanın absurd həddə çatdığını deyib. Onun sözlərinə görə, diqqəti real problemlərdən yayındıran xırda məsələlər əvəzinə ölkənin əsas problemlərinə diqqət yetirilməlidir.