1xeber.media xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Hikmət Hacıyev mina probleminin bərpa prosesinə təsiri və bu prosesdə humanitar minatəmizləmənin mühüm rolu məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öztəşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.