Вернуться назад Распечатать

Sabirabad rayonunda 2025-2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib

Sabirabad rayonunda 2025-2026-cı tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 500-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.

1xeber.media xəbər verir ki,Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Bəhruz Nəbili, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayon Təhsil sektorunun müdiri Mircamal Həşimov, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.

Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarov yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıb.
Daha sonra Milli Məclisinin deputatı Əhliman Əmiraslanov çıxışında bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir, bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir.
Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər.
Sonda 2025-2026-cı tədris ilində qəbul imtahanlarında 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.