ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirməyi təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə o "Truth Social"da yazıb.
"İndi o, ABŞ-nin nəzarətində olduğuna görə, biz Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməməliyikmi???" - Tramp bildirib.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə kütləvi zərbələr endirib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirdiyini bildirib.