Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik “Oreshnik” raket kompleksinin Ukraynada nadir hallarda istifadə edilməsinin səbəbini açıqlayıb.
1xeber.media xəbər verir ki, Kolesnikin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri mülki əhali arasında itkilərin qarşısını almaq üçün daha çox yüksək dəqiqlikli silahlardan istifadə edir.
Deputat bildirib ki, “Oreshnik”in tətbiqi zamanı zərbə endirilən ərazidə geniş dağıntılar yarana bilər. O, həmçinin raket kompleksinin bahalı silah olduğunu və buna görə də onun hərbi baxımdan hər vəziyyətdə istifadəsinin məqsədəuyğun olmadığını qeyd edib.
Kolesnik əlavə edib ki, zərurət yaranacağı təqdirdə “Oreshnik”dən döyüş meydanında istifadə oluna bilər.