Вернуться назад Распечатать

Sobolev Rusiyanın səmasını qorumağın yolunu açıqladı

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev Ukrayna dronlarından müdafiə üçün Qərbdən Ukraynaya silah tədarükünün qarşısının alınmasını təklif edib.

1xeber.media xəbər verir ki, Sobolev bunun üçün raket və pilotsuz uçuş aparatlarının daşındığı limanların, dəmir yolu stansiyalarının, körpülərin və tunellərin fəaliyyətinin dayandırılmasını vacib sayıb.

Deputat bildirib ki, Rusiya dronların sayına görə yarışmaq əvəzinə onları effektiv şəkildə məhv etməli və ordunun hücum istiqamətlərində hava üstünlüyü əldə etməlidir.

Sobolev həmçinin Ukraynaya silah tədarükünün Qərbdən gələn bütün yollarının bağlanmasının vacibliyini vurğulayıb.

Bu açıqlama Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olduğu və faktiki olaraq bağlanacağı barədə bəyanatından sonra səslənib.