Вернуться назад Распечатать

Zelenski təhdid səviyyələri üçün iki rəng seçdi

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə konkret təhlükələrin iki rənglə işarələnəcəyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, təhlükə səviyyələri sarı və qırmızı rənglərlə göstəriləcək. Sarı səviyyə dron hücumlarını, qırmızı səviyyə isə ballistik təhlükə və kütləvi zərbələri ifadə edəcək.

Ukrayna lideri bu barədə “Telegram” kanalında məlumat verib.