Вернуться назад Распечатать

Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza

FİFA-nın İntizam Komitəsi Türkiyənin 2-ci Liqa təmsilçisi “Adana Demirspor”un 24 xalını silib.

1xeber.media xəbər verir ki, Türkiyə Futbol Federasiyasının məlumatına görə, klubla bağlı 4 ayrı iş üzrə müvafiq cəza tətbiq olunub.

Beləliklə, “Adana Demirspor” 2026/27 mövsümünə -24 xalla başlayacaq.

Qeyd edək ki, Adana təmsilçisi daha əvvəl Türkiyə Superliqasında çıxış edib və avrokuboklarda ölkəsini təmsil edib.