1xeber.media xəbər verir ki, ABŞ Ukraynaya hərbi dəstəyi davam etdirəcək, lakin bu yardım Vaşinqtonun “öz imkanları çərçivəsində” olacaq.
Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. O qeyd edib ki, Vaşinqton ilk növbədə ABŞ-ın maraqlarını nəzərə almalıdır.
Rubio həmçinin Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket istehsal edən zavodlar qurmasının bir neçə il çəkəcəyini deyib. Onun sözlərinə görə, ABŞ-dan lisenziya alınması Kiyevin qısamüddətli silah çatışmazlığı problemini həll etməyəcək.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Ukraynaya yardımın Avropanın hesabına həyata keçirildiyini bildirmişdi.