Вернуться назад Распечатать

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Gənclər və İdman Nazirliyindənverilən məlumata görə, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca "Azərbaycan Respublikasının İdman ustası" dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Daha sonra beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Nazir Fərid Qayıbov çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib.

Bildirib ki, avqust ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 14 ölkədə səsləndirilib.

İdmançılarımız ümumilikdə 63 qızıl, 72 gümüş və 72 bürünc medal qazanıblar.

Görüş zamanı bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.