Вернуться назад Распечатать

Putin Primorye qubernatoru ilə görüşdü

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Primorsk diyarının qubernatoru Oleq Koje­myako ilə görüş keçirib.

Görüş Rusiya liderinin Uzaq Şərqə işgüzar səfərinin ilk gününün sonunda baş tutub.

Kremlin məlumatına görə, görüş zamanı regionun iqtisadi inkişaf göstəriciləri, xüsusi hərbi əməliyyat iştirakçılarına dəstək tədbirləri, onların yenidən hazırlanması və işlə təmin olunması məsələləri müzakirə edilib.

Həmçinin Vladivostok–Xabarovsk avtomobil yolunun inkişafı ilə bağlı məsələyə toxunulub.