1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı istənilən vaxt yeni zərbələr endirməyə hazır olduğunu bildirib.
Tramp jurnalistlərə açıqlamasında əvvəlki gecə baş verən hücumun çox genişmiqyaslı olduğunu deyərək, ABŞ-ın belə əməliyyatı istənilən vaxt təkrarlaya biləcəyini bildirib.
O, həmçinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatının uzun sürməyəcəyinə əmin olduğunu söyləyib.
Tramp daha əvvəl bir gecə ərzində onlarla İran gəmisinin məhv edildiyini iddia edib. O, ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini və Tehranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib.