Вернуться назад Распечатать

Tramp: ABŞ bir gecədə 28 İran gəmisini məhv edib

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ qüvvələrinin bir gecə ərzində 28 İran gəmisini məhv etdiyini bildirib.

Trampın sözlərinə görə, ABŞ hazırda Hörmüz boğazına nəzarət edir. O, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağını deyib.

Məlumata görə, söhbət sentyabrın 1-nə keçən gecədən gedir. Həmin gün ABŞ qüvvələrinin İran hökumətinə məxsus iki neft tankerinə zərbə endirdiyi də bildirilib.

Daha əvvəl ABŞ qüvvələri İranın Larək adasındakı raket buraxılış qurğularına da zərbələr endirib.