Lavrov: Hindistan və Çin Rusiyanın əsas tərəfdaşlarıdır
Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistan və Çinin Moskvanın iki əsas tərəfdaşı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, Lavrov bu barədə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun (ŞİF) çərçivəsində “Znanie” cəmiyyətinin lektoriyasında çıxışı zamanı danışıb.
“Bunlar bizim iki aparıcı tərəfdaşımızdır”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrovun sözlərinə görə, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 250 milyard dolları keçib və artım davam edir. Hindistanla ticarət dövriyyəsi də son illərdə əhəmiyyətli dərəcədə yüksələrək təxminən 60 milyard dollara çatıb.
Nazir əlavə edib ki, Moskvanın həm Çin, həm də Hindistanla nüvə energetikası da daxil olmaqla geniş əməkdaşlıq planları var.
Lavrov həmçinin bildirib ki, beynəlxalq məsələlərin böyük əksəriyyətində Rusiya, Çin və Hindistanın yanaşmaları bir-birinə yaxındır.