“Saudel” tropik qasırğası küləyin maksimal sürəti saniyədə 23 metr olmaqla Çinin cənub-şərq sahillərinə yenidən çatıb.
1xeber.media xəbər verir ki, təbii fəlakət Fuczyan əyalətinin Çjançjou şəhər dairəsində quruya çıxıb.
Bölgədə güclü küləklə yanaşı, leysan yağışları da müşahidə olunur. Çjanpu, Çjaoan və Dunşan rayonlarında iş, istehsalat fəaliyyəti və tədris prosesi dayandırılıb.
Qeyd edək ki, “Saudel” avqustun 28-də Çjetszyan əyalətinə çatmışdı. Həmin vaxt qasırğanın quruya çıxarkən maksimal külək sürəti saniyədə 35 metr olub.
Daha sonra tayfun materik boyunca qərbə, ardınca cənuba – Haynan adasına doğru hərəkət edib. Daha sonra şərqə, Tayvan istiqamətinə yönələn qasırğa yenidən Çinin cənub-şərq sahillərinə qayıdıb.
Çində yay və payızın əvvəlində güclü yağıntılar, tayfunlar, daşqınlar və torpaq sürüşmələri tez-tez ciddi maddi ziyana və insan tələfatına səbəb olur.