Вернуться назад Распечатать

Neft yenidən 95 dolları keçdi

Dünya bazarlarında neftin qiyməti yenidən 95 dollar həddini keçib.

1xeber.media xəbər verir ki, Yaxın Şərqdə davam edən gərginlik və enerji təchizatı ilə bağlı risklər neft qiymətlərinə təsir göstərir. Son məlumatlara görə, “Brent” markalı neftin bir barreli 95 dollardan yuxarı ticarət olunur.

Bazar iştirakçıları xüsusilə Hörmüz boğazındakı vəziyyəti və regionda enerji infrastrukturuna mümkün təhdidləri diqqətlə izləyirlər. Bu amillər neftin qiymətində əlavə artım təzyiqi yaradır.

Qeyd edək ki, Azərbaycan nefti “Azeri Light” da son dövrdə əhəmiyyətli bahalaşma nümayiş etdirib.