
1xeber.media xəbər verir ki, İran ABŞ-nin hərbi əməliyyatlar zamanı mülki şəxsləri hədəf almadığı barədə açıqlamasını rədd edib.
İran tərəfi ABŞ-nin hücumları nəticəsində mülki infrastrukturun zərər gördüyünü və bunun Vaşinqtonun açıqlamaları ilə ziddiyyət təşkil etdiyini bildirib.
İran rəsmiləri daha əvvəl də ABŞ-nin hücumlarında mülki obyektlərin zərər gördüyünü iddia edərək bunu qəbuledilməz adlandırıblar.
ABŞ tərəfi isə əməliyyatlarının əsas hədəfinin İranın hərbi obyektləri olduğunu bildirir.