Maksat Asanaliyev Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTC) sədri təyin edilib.
1xeber.media xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bununla bağlı fərman imzalayıb. Asanaliyev daha əvvəl DMTC sədrinin səlahiyyətlərini icra edirdi.
Sentyabrın 2-də Qırğızıstan parlamenti Asanaliyevin Baş prokuror vəzifəsindən azad edilərək DMTC rəhbəri təyin olunmasına yekdilliklə razılıq verib.
Asanaliyev iyunun 30-da Baş prokuror vəzifəsindən istefa verib və həmin tarixdən DMTC sədrinin səlahiyyətlərini icra edib. Onun namizədliyi sonradan parlamentin təsdiqinə təqdim olunub.