Вернуться назад Распечатать

600-dən çox bal toplayan bacılar eyni universiteti seçdi

Nəcəfzadə bacıları yüksək nəticələri ilə diqqət çəkiblər.

1xeber.media xəbər verir ki, Fatimə Nəcəfzadə 2024-cü ildə keçirilən qəbul imtahanında 663,9 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olub.

İki il sonra onun bacısı Zəhra Nəcəfzadə də uğur qazanaraq 604 bal toplayıb və bacısı kimi ADPU-da eyni ixtisası seçib.

Bacılar gələcəkdə peşəkar pedaqoq kimi fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına töhfə verməyi qarşılarına məqsəd qoyublar.