Вернуться назад Распечатать

Putinin kortejində silahlı “Katran” diqqət çəkdi (VIDEO)

Rusiya Prezidenti Vladimir Putinin Vladivostok səfəri zamanı korteji müşayiət edən silahlı pikap diqqət çəkib.

1xeber.media xəbər verir ki, yayılan görüntülərdə avtomobillərdən birinin üzərində hava hücumlarına qarşı istifadə edilən pulemyot tipli qurğu görünür. Yerli kanalların paylaşdığı kadrlarda kortejin gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə hərəkət etdiyi də müşahidə olunur.

Görüntülərin Putinin səfəri zamanı çəkildiyi bildirilsə də, Kremlin avtomobildəki silahın konkret olaraq hansı sistem olduğunu rəsmi şəkildə təsdiqlədiyi barədə məlumat yoxdur.

Belə təhlükəsizlik tədbirlərinin Rusiyada artan dron təhlükəsi fonunda həyata keçirildiyi ehtimal olunur.