Вернуться назад Распечатать

İndoneziyadan Putinə sürpriz dəvət

İndoneziya Prezidenti Prabovo Subianto Rusiya Prezidenti Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

1xeber.media xəbər verir ki, iki ölkə lideri arasında son dövrdə təmaslar intensivləşib. Subianto 2026-cı ilin aprelində Moskvada Putinlə görüşərək enerji, müdafiə, investisiya və digər sahələrdə əməkdaşlığı müzakirə edib.

İndoneziya tərəfi Rusiya ilə strateji əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir.