Вернуться назад Распечатать

Rusiya ordusu Xarkovda 3 kəndi nəzarətə götürdü

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində üç yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

1xeber.media xəbər verir ki, söhbət Vasilyevka, Blagodatnoye və Doljanka yaşayış məntəqələrindən gedir. Rusiya tərəfinin məlumatına görə, ərazilər “Şimal” qoşun qruplaşmasının bölmələrinin əməliyyatları nəticəsində nəzarətə keçib.

Məlumata əsasən, Xarkov istiqamətində döyüşlər davam edir və Rusiya bölmələri bəzi ərazilərdə irəliləməni davam etdirir.

Qeyd edək ki, sentyabrın 2-də Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Kazachya Lopanın yaşayış məntəqəsinin də nəzarətə götürüldüyünü bildirmişdi.