Rusiya Prezidenti Vladimir Putin ölkədə yeni səfərbərlik elan ediləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
1xeber.media xəbər verir ki, Putin bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, seçkilərdən sonra səfərbərlik keçiriləcəyi barədə iddiaları “informasiya hücumu” adlandırıb.
Rusiya lideri ölkədə səfərbərliyə ehtiyac yaradacaq heç bir ssenarinin olmadığını bildirib. Onun sözlərinə görə, Rusiyada hərbi xidmət üçün müqavilə bağlayanların sayı kifayətdir.