Вернуться назад Распечатать

Ukraynanın F-16-ları raket böhranı ilə üz-üzə

Ukraynanın F-16 qırıcıları hava-hava tipli raketlərin ciddi çatışmazlığı ilə üzləşib.

1xeber.media xəbər verir ki, bu barədə “The War Zone” yazıb. Məlumata görə, çatışmazlıq o həddə çatıb ki, Ukrayna Hərbi Hava Qüvvələri yeni raket partiyalarının Rusiyanın növbəti hava hücumundan əvvəl gəlib-gəlməyəcəyini izləyir.

Ukraynanın F-16-larında əsasən AIM-9 Sidewinder və AIM-120 AMRAAM raketlərindən istifadə olunur. Bu silahların çatışmadığı hallarda qırıcılar hava hədəflərinə qarşı bortdakı M61A1 Vulcan topundan istifadə etməyə məcbur qalır.

Mütəxəssislərin fikrincə, xüsusilə kiçik və yavaş hədəflərin top vasitəsilə vurulması daha çətin və risklidir. Gecə uçuşlarında isə bu üsulun təhlükəsi daha da artır.

Bu, Ukraynanın F-16-ları üçün raket təminatının nə qədər kritik olduğunu bir daha göstərir. Daha əvvəl də Ukrayna qırıcılarının bir neçə həftə ərzində ABŞ istehsalı raketlərin çatışmazlığı ilə üzləşdiyi barədə məlumat yayılmışdı.