Вернуться назад Распечатать

Alman nazir Moskvadan gələn cavabdan təəssüfləndi

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlinin “Rus Evi”nin fəaliyyətinə xitam vermək qərarından sonra Moskvanın cavabından təəssüfləndiyini bildirib.

1xeber.media xəbər verir ki, Almaniya “Rus Evi”nin bağlanması ilə yanaşı, Rusiyanın Bonn şəhərindəki baş konsulluğunun da bağlanmasına qərar verib.

Buna cavab olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı Höte İnstitutlarının bağlanacağını açıqlayıb.

Qərarlar iki ölkə arasında avqust ayında Leypsiq/Halle hava limanında baş verən dron insidenti ilə bağlı yaranan diplomatik gərginlik fonunda qəbul edilib. Rusiya Almaniyanın ittihamlarını rədd edir.