Böyük Britaniyanın məşhur Bristol Cars avtomobil markası 15 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
1xeber.media xəbər verir ki, şirkət geri dönüşünü 2000-ci illərin əvvəllərində təqdim edilən Bristol Fighter superkarının yenidən istehsalı ilə qeyd edib. Yeni avtomobil orijinal, tamamlanmamış şassi əsasında hazırlanıb.
8,0 litrlik V10 mühərriklə təchiz olunan Fighter 525 at gücü, gücləndirilmiş versiyada isə 600 at gücü hasil edir. Avtomobilin maksimal sürətinin 210 mil/saat olduğu bildirilir.
Şirkət daha dörd belə avtomobil hazırlamağı planlaşdırır. Onların hər biri müştərinin istəyinə uyğun əl işi ilə yığılacaq.
Bristol Cars 2011-ci ildə müflis olduqdan sonra fəaliyyətini dayandırmışdı. Markanın 2026-cı ildəki dönüşü onun 80 illik yubileyinə təsadüf edir.

