
Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq həyata keçirilib.
1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb. O, ilk ixrac müqaviləsinin baş tutduğunu, lakin məhsul və şirkətlərlə bağlı detalları tərəflərin özlərinin açıqlayacağını bildirib.
“Düşünürəm ki, şirkətlər özləri bu barədə məlumat verəcəklər”, – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan avqustun sonunda yaxın günlərdə Ermənistandan Azərbaycana ilk məhsul tədarükü barədə məlumat veriləcəyini açıqlamışdı. Ermənistan hökuməti bunu iki ölkə arasında ticarət əlaqələrinin praktik mərhələyə keçməsinin göstəricisi kimi təqdim edir.